3 İyul 2014 12:42
523

Ermənistandakı mülki insanların yaşadıqları binaların Azərbaycan ordusu tərəfindən atəşə tutulması ilə bağlı erməni mətbuatında yazılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyindən cavab verilib.


Teleqraf.com xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, erməni mətbuatının yaydığı məlumatlar həqiqəti əks etdirmir: “Erməni mətbuatı yalan məlumatlar yaymaqla məşğul olur”, - deyə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın Aykepar kəndinin rəhbəri Andranik Aydınyan aysor.am saytına müsashibə verib. O, mülki insanlara məxsus evlərin Azərbaycan ordusu tərəfində atəşə tutulduğunu söyləyib. Sayt bu ilin aprelində baş verən atışmalardan birinin videosunu da yayıb. Həmin kadrlarda isə beşmərtəbəli evin atəşə tutulması əks olunur. Ancaq görüntüdə binanın üst mərtəbəsinə gülllələrin hansı istiqamətdən atılması görünmür. Üstülik erməni mətbuatı həyətdə uşaqların oynadığını yazsa da görüntülərdə nə bir uşaq görünür, nə də onların səsi eşidilir. Videoda bir neçə nəfər kişinin səsi eşidilir. /ANS PRESS/


Müəllif: