4 İyul 2014 10:00
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində ermənilərin yaşayış məntəqələrini atəşə tutması ilə bağlı məndə heç bir məlumat yoxdur”.

Bu haqda ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki deyib.

Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu deyən Psaki atəşkəs rejiminin Azərbaycan tərəfdən pozulmasına dair onda sübutun olmadığını deyib.

Psaki Parisdə keçirilməsi planlaşdırılan prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşünə də münasibət bildirib.

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri Fransa dövlət başçısı Fransua Ollandın görüşün keçirilməsi ilə bağlı təklifini qəbul edəcək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarını davam etdirəcək”, deyə Psaki bəyan edib.

/ans press/


Müəllif: