23 Aprel 2014 10:17

Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək.


Məlumata görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir bu gün Bakıda keçirilən Beynəlxalq Xəzər Enerji Forumundan əvvəl bildirib: "Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər".

R.Morninqstar qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir: "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir". /Trend/


Müəllif: