23 Aprel 2014 10:52
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İspaniya hökuməti Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı möhkəmləndirməyə hazırdır."

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniya XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirilən brifinqdə bildirib.

Azərbaycanın regionda vacib ölkə olduğunu bildirən nazir İspaniyanın Azərbaycanla əməkdaşlığına marağı nəzərə alaraq Bakıda nümayəndəlik açdığını bildirib.

İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması haqqında razılaşma da mövcuddur.
İspaniyalı nazirin sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri, beynəlxalq məsələlər müzakirə olunub.

E.Məmmədyarov bildirib ki, İspaniya ilə Azərbaycan arasında münasibətlər elə də lazımi səviyyədə deyil, amma onların inkişafı üçün perspektivlər var. Onun sözlərinə görə, siyasi münasibətlər yaxşı səviyyədədir, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib:

"Həmkarımla görüşdə regional əməkdaşlıq və Ukraynadakı vəziyyəti müzakirə etdik. Azərbaycan habelə İspaniya şirkətlərini Azərbaycanla əməkdaşlığa çağırıb".

O bildirib ki, İspaniya Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə də maraq göstərir.

E.Məmmədyarovun sözlərinə görə, iki ölkə həmçinin üçüncü ölkələrə - Afrika ölkələrinə birgə yardım göstərməklə bağlı razılığa gəliblər.

Görüşdə tərəflər Azərbaycanla İspaniya arasında ikiqat vergitutmadan yayınmaq haqqında konvensiyanı imzaladı.

Səxavət


Müəllif: