7 İyul 2014 11:14
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalında müalicə alan sabiq təhsil naziri, professor Firudin Cəlilov səhər saatlarında Türkiyəyə gedib.

Teleqraf.com-un məlumatına görə, F.Cəlilov Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat olunacaq.
F.Cəlilov özünün Facebook səhifəsində Türkiyənin paytaxtı Ankaraya getdiyini yazıb: “Dostlar, müalicə üçün Ankaraya gedirəm, qayıdana qədər Facebook-da olmayacam. Sağlamlığım ilə bağlı narahat olan, şəfa diləyən bütün dostlara təşəkkür edirəm”.

F.Cəlilov 1995-ci ildən damar tıxanıqlığı xəstəliyindən əziyyət çəkir və indiyədək 3 dəfə əməliyyat olunub.

Qeyd edək ki, professorun müalicəsi ilə bağlı deputatlar ölkə başçısına müraciət etmişdi. Dövlət F.Cəlilovun müalicəsini öz üzərinə götürüb.

Nərgiz


Müəllif: