23 Aprel 2014 11:26
3 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası İranın nüvə haqqını tanıyır”.


“Axar.az” Aran radiosuna istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov yerli mətbuata müsahibə verərkən deyib.


Mətbuat müxtəlif məsələlərlə bağlı Azərbaycanın mövqeyinə işarə edərək, bunlardan birinin də İranın nüvə haqqını tanımaqdan ibarət olduğunu bildirib:


“Bu mövqelərdən biri İranın nüvə haqqını tanımaqdır ki, Azərbaycan Respublikası prezidenti Ağ Evdə etdiyi çıxışı zamanı ona təkid edib. Azərbaycan Respublikası daim İranın siyasi və iqtisadi mövqelərini diqqət mərkəzində saxlayıb və bu ölkə ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir”.

Azərbaycan Respublikasının Tehrandakı səfiri hazırda İran və Azərbaycan arasında mövcud olan müsbət əlaqələrə işarə edib:

“İranla qaz, elektrik enerjisi sahələri başda olmaqla ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycan Respublikasının əsas proqramlarındandır”.

Ərdəbil Palatasının Ərdəbil ilə Gəncə şəhərlərinin qardaş şəhər elan edilməsi üzrə təklifinə gəlincə isə bu təklifi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıqların genişləndirilməsi prizmasından araşdırmaq olar”.

Qeyd edək ki, Aran radiosu birbaşa Xamneyiyə bağlıdır. Bu orqan Prezident İlham Əliyevin İrana səfərindən əvvəl Culfa rayonundakı 44 metrlik ərazinin Azərbaycandan alındığı haqqında da informasiya yaymışdı.


Müəllif: