7 İyul 2014 13:00
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Ağdərə rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 21 il keçir.

Teleqraf.com xəbər verir ki, işğaldan əvvəl Ağdərənin ərazisi 1705 kvadratkilometr, əhalisi 44,4 min nəfər olub. Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalıb. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı tikilib. Rayon ərazisinin 44 faizini isə meşələr tutur.

Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgahı olan Ulduztəpə piri də düşmən tapdağındadır. Bütün bu abidələr ermənilər tərəfindən dağıdılıb.

Hazırda Ağdərədən olan məcburi köçkünlər Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşıblar.

Səxavət


Müəllif: