Ukrayna antiterror gücləri Luqansk aeroportu ətrafında terrorçuların mövqelərinə hava zərbələri endirib.
B u barədə Ukrayna Antiterror Əməliyyatları qrupunun mətbuat katibi Aleksey Dmitraşkovski deyib.
A.Dmitraşkovski terrorçuların Ukrayna Silahlı Qüvvələrin simvollarından, o cümlədən hərbi formalar və Ukrayna bayrağından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, məqsəd dinc əhalidə yanlış informasiya formalaşdırmaqdır.
/publika.az/