7 İyul 2014 22:21
869
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya sənayesinin inkişafına kömək etmək və yeni iş yerləri açmaq üçün silah ixracatını artırmaq lazımdır”.
Bunu Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin deyib.

V.Putin qeyd edib ki, Rusiyanın qlobal silah bazarında iştirakını gücləndirmək xüsusi əhəmiyyət daşıyır: “Şübhə yoxdur ki, bu, bizim milli müdafiə sənayemizin genişlənməsinə, istehsalın yenilənməsinə və təzə iş yerlərinin açılmasına rəvac verəcək”.

O əlavə edib ki, Rusiya 2013-cü ildə 15,7 mlrd. dollar dəyərində silah-sursat və hərbi texnika ixrac edib: “Rusiyanın satdığı hərbi texnika arasında döyüş təyyarələri üstünlük təşkil edir. Bu ilin ilk yarısında Rusiyanın silah və hərbi texnika ixracatı artıq 5,6 mlrd. dollar təşkil edib”.

Qeyd edək ki, Rusiyanın əsas silah alıcıları arasında Suriya, Hindistan, Çin və Venesuelanın adı çəkilir. Rusiya həmçinin öz silahlı qüvvələrinin modernləşdirilməsini və çevik birliklərin təkmilləşdirilməsini sürətləndirib.

/apa/


Müəllif: