8 İyul 2014 10:36
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa Xalq Partiyasının baş katibi Antonio Lopez İsturizin başçılıq etdiyi Mərkəzçi Demokratlar İnternasionalın faktaraşdırma missiyasının üzvləri ilə görüş keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, şura sədri, millət vəkili Azay Quliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb. O, Şuranın fəaliyyəti dövrü ərzində insan hüquqları, təhsil, mədəniyyət və digər sahələr üzrə yüzlərlə yerli QHT-nin layihələrini maliyyələşdirdiyini bildirib.

A.Quliyev həmçinin Şuranın xarici QHT-lər üçün qrant proqramı haqqında da qonaqlara dolğun məlumat verərək müxtəlif mövzular üzrə bir çox nüfuzlu Avropa təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb. O, Şura ilə Avropa Xalq Partiyası arasında da vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu əməkdaşlıq münasibətləri qura biləcəklərini bildirib.

Mərkəzçi Demokratlar İnternasionalın faktaraşdırma missiyasının üzvləri Şuranın fəaliyyətini müsbət qiymətləndirdiklərini və ikitərəfli əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliklərini ifadə ediblər.

BƏXTİYAR


Müəllif: