8 İyul 2014 13:08
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Kiyev ölkənin şərqində atəşkəs rejiminin tətbiqi ilə bağlı Ukraynaya çağırışlar edən Rusiyaya cavab verib.

Ukrayna müdafiə naziri Valeriy Qeletey antiterror əməliyyatlarının dayandırılmayacağını açıqlayıb.

“Atəşkəs rejiminin tətbiqi yalnız terrorçulardan silahların toplanması vaxtı mümkündür” Ukrayna müdafiə naziri bildirib.

Xatırladaq ki, atəşkəs rejimi ilk dəfə 20 iyun tarixində Ukrayna tərəfindən tətbiq edilib. Atəşkəs rejiminin müddəti 27 iyunda daha 3 gün uzadılıb. Lakin bu müddətdə terrorçu qruplar hücumlarını davam etdirib və sülh danışıqlarında heç bir nəticə əldə olunmayıb.

Son günlər isə Ukrayna ordusu uğurlu antiterror əməliyyatları keçirir.

/publikaz.az/


Müəllif: