8 İyul 2014 15:56
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Milli Qaz Şirkəti Rusiyanın iki şirkəti ilə İranda qaz infrastruktur layihələrinin icrası və investisiya yatırılması sahəsində saziş imzalayıb.

Yaxın zamanlarda Rusiya rəsmiləri İrandakı layihələrlə tanış olmaq üçün bu ölkəyə səfər edəcəklər. Bunu İran neft nazirinin qaz məsələləri üzrə müavini Həmidrza İraqi deyib.

H.İraqi bildirib ki, Moskvada keçirilən son "World Petroleum" konfransı çərçivəsində Rusiyanın iki ən böyük qaz şirkəti ilə bu razılaşma əldə olundu: "Hər iki tərəf İranda böyük layihələrin icrası sahəsində əməkdaşlıq etməkdə maraqlıdır".

O, sərmayə yatıracaq Rusiya şirkətlərinin adını və əldə olunan razılaşmanın detallarını açıqlamayıb.

Qeyd edək ki, İranın neft naziri Bijən Namdar Zəngənə ötən il xarici investorları ölkənin neft və qaz sahəsində sərmayə yatırmağa təşviq etmək məqsədi ilə İranın neft müqaviləsi şərtlərində dəyişikliklər edilməsi barədə göstəriş verib. Hazırda xüsusi komitə xarici investorları sərmayə yatırmağa təşviq etmək üçün həmin müqavilələrə yenidən baxır və bir sıra şərtlərin dəyişildiriləcəyi ehtimal olunur.

/trend/


Müəllif: