8 İyul 2014 17:16
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyadakı 192 ölkədən yalnız 22-si heç vaxt ingilislərin işğalına məruz qalmayıb.



Bu barədə informasiya İngiltərənin ən məşhur nəşrlərindən bir olan “Telegraphe”ın səhifəsində qeyd olunub. Nəşrin apardığı təhlilin nəticələrinə görə, tarix boyu ingilislər dünyadakı ölklərin 90%-ni işğal ediblər.

Xüsusi ilə ingilislərin işğal etdikləri ərazilərin sayının 18-19-cu əsrlərdə daha da artdığı bildirilir.

Nəşrin yayımladığı xəritədə ingilslərin işğal etdiyi ölkələr əks olunub.

Xəritədə qeyd olunub ki, Azərbaycan və Türkiyə dövlətləri də ingilislərin işğalı atında olub.

İngilislərin heç vaxt istila etmədiyi ölkələr sırasına Andorra, Belarus, Boliviya, Burundi, Mərkəzi Afrika Cümhuriyyəti, Çad, Demokratik Konqo Cümhuriyyəti, Qvatemala, Fil Dişi Sahili, Qırğızıstan, Lixtenstein, Lüksemburq, Mali, Marşal Adaları, Monako, Monqolustan, Paraqvay, İsveç, Tacikistan, Özbəkistan, Vatikan ve Sao Tome Adaları daxildir.

/ans press/


Müəllif: