8 İyul 2014 17:12
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarkov vilayətində iki rusiyalı casus tutulub.



Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Məlumata görə, UTX-nin əks-kəşfiyyatçıları Xarkovda hərbi hissələrdən birinin yaxınlığında radiokəşfiyyat postu qurmaq istəyən Rusiya xüsusi xidmət orqanlarının iki əməkdaşını tutub. Onların Ukrayna vətəndaşı olduğu bildirilir.

UTX əməkdaşları tutulanları sorğu-sual edərkən məlum olub ki, onlardan biri Ukrayna ordu qüvvələrinin ölkənin cənub-şərq vilayətlərində keçirdiyi əməliyyatlarla bağlı Rusiya xüsusi xidmət orqanlarına məlumatlar ötürüb. Bundan başqa o, bölgəyə rusiyameyilli silahlıların gətirilməsinin təşkilində yaxından iştirak edib.

/ans press/


Müəllif: