8 İyul 2014 21:21
586

Ukrayna Dövlət Aviasiya Xidməti antiterror əməliyyatlarının həyata keçirildiyi bölgənin hava məkanını mülki təyyarələr üçün bağlayıb.

Alınan məlumata görə, Dövlət Aviasiya Xidməti bu addımın dinc vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə atıldığını açıqlayıb.

Məlumata görə, regionda vəziyyət tam sabitləşəndən sonra hava məkanı yenidən açılacaq. Bundan əvvəl Dövlət Aviasiya Xidməti ölkənin şərqindəki üç aeroportun sertifikatını geri çağırıb.

/publika.az/


Müəllif: