8 İyul 2014 21:28

İsrail höküməti Fələstinlə yaşanan gərginlik səbəbindən səfərbərlik elan edib.



İsrail ehtiyatda olan 40 min nəfəri orduya cəlb edəcək.

İsrail müdafiə naziri Moşe Yalon verdiyi açıqlamada "Həmas"a qarşı hərbi əməliyyatıarın davam etdiriləcəyini bildirib:

"Müdaxilələrimiz daha bir neçə gün davam edəcək. Raket hücumlarına dözüm göstərməyəcəyik. Əməliyyatlarımız genişləndirmək və "Həmas"a etdiklərinin əvəzini ödəmək üçün hazırlıq görürük".

/ans press/


Müəllif: