9 İyul 2014 13:15
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov Ukrayna prezidenti Petr Poroşenkonun sülh planını bəyəndiyini deyib.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, Kasyanov hazırki hakimiyyəti tənqid edib: ”Putinin əvvəlcədən hər hansı bir ərazini qəsb etmək planı yox idi. Krım ayrıca mövzudur. Ancaq onun ilhaqı qanunsuzdur. Dünya bunu heç vaxt unutmayacaq”.

Kasyanov həmçinin qeyd edib ki, Donbasdakı silahlı münaqişəyə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır: ”Məsuliyyəti boyunlarından atsalar da, heç kimi dəstəkləmədiklərin desələr də, aydındır ki, separatçıların arxasında onlar durub. Məqsədləri Ukraynadakı mərkəzi hakimiyyətin zəiflədilməsidir.”

/publika.az/


Müəllif: