9 İyul 2014 13:10
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xarici işlər Nazirliyində Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılsa da, mətbuat konfransı təxirə salınıb. XİN-dən buna səbəb göstərilməyib. XİN sözçüsü Elman Abdullayev jurnalistlərin qarşısına çıxaraq brifinqin təxirə salındığını bildirib. O, görüşlə bağlı jurnalistlərə özü açıqlama verib.

E.Abdullayev deyib ki, nazirlərin görüşü zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub. Xüsusilə BMT, BMT-nin Cenevrə bölməsi, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Nikaraquanun xarici işlər naziri Azərbaycan tərəfini öz ölkəsində investisiyaların qoyulmasına dəvət edib. İqtisadi münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Görüş zamanı regional məsələlər də diqqət mərkəzində olub. Qərara alındı ki, iki ölkə arasında mütəmadi olaraq XİN-lər arası daimi məsləhətləşmələrin əsası qoyulsun. Görüş zamanı heç bir sənəd imzalanmayıb.

Nikaraquanun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə gəldikdə isə E.Abdullayev deyib ki, görüş regional proseslər müzakirə olundu.

Səxavət


Müəllif: