9 İyul 2014 22:31
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Müxtariyyətinin rəhbəri Məsud Bərzani kürdlərin müstəqillik referendumu ilə bağlı açıqlama verib.



Bərzani ərəbcə yaydığı açıqlamada kürdlərin referendum keçirmək qərarından geri çəkilməyəcəklərini bildirib:

"Müstəqillik üçün ediləcək referendum kürdlərin də haqqıdır və bundan geri addım atmayacağıq. İllərcə konstitusiyanın həyata keçirilməsini gözlədik. Amma Maliki konstitusiyanı pozmaqda davam etdi. Bunun nəticəsində də İraq fəlakətdən fəlakətə sürükləndi. İraqda yaşananlardan İraqı yeni bir diktatorluqla idarə edənlər məsuliyyət daşıyır".

Daha sonra İraq hökümətini hədəfə alan Bərzani hökumət kürd xalqına qarşı çirkli bir kampaniyaya başladığını bildirib: "Hökumətin bütün təşkilatları bu kampaniyada istifadə edilir. Mərkəzi rəhbərlik, İraqın pullarını kürdlərə qarşı aparılan kampaniyada istifadə edir. Maliki hər zaman konstitusiyanı ayaqlar altına aldı. İŞİD mövzusundakı xəbərdarlıqlarımızı Maliki ciddi qəbul etmədi".

/ans press/

Müəllif: