10 İyul 2014 10:23
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla görüşüb.

Görüşdə Kann şəhərinin meri artıq ikinci ildir ki, Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirib, ötən ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini söyləyib. Qeyd edib ki, bu da Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin öz mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən şad olduğunu bildirmişdir.

Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini diqqətə çatdırmışdır.

Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

Cavidan


Müəllif: