10 İyul 2014 14:29
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın Azərbaycan kimi enerji ehtiyatlarının sabit tədarükçülərinə ehtiyacı var.

Bu barədə cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan Böyük Britaniyanın energetika naziri Maykl Fellon deyib.

O bildirib: "Avropaya neft və qaz lazımdır, biz bu ehtiyatların idxalından asılıyıq. Biz tədarükün artacağını gözləyirik və bu artımın əhəmiyyətli hissəsi ehtimallara görə, İraqdan tədarükün artırılması hesabına təmin edilməli idi. İndi vəziyyət dəyişib və Avropanın Azərbaycan kimi sabit ölkələrdən enerji ehtiyatlarının alınmasına ehtiyacı var".

Fellonun sözlərinə görə, onun səfərində məqsəd Azərbaycanla Böyük Britaniya arasında gələcək qarşılıqlı əlaqələrin möhkəmlənməsidir. Həm də təkcə energetika sahəsində yox, eləcə də maliyyə, infrastruktur sahəsində və digər istiqamətlər üzrə.

Nazirin sözlərinə görə, bu gün onun Azərbaycan rəhbərliyi ilə görüşləri gözlənilir: "Habelə əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməkdən ötrü Azərbaycanın energetika, maliyyə, rabitə və yüksək texnologiyalar nazirləri, ARDNŞ nümayəndələri və digər strukturlarla görüşlər planlaşdırılıb".

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan aparıcı rol oynayır: "Azərbaycan bu layihəni aparır və mənim ölkəyə səfərimin mqəsədlərindən biri bu layihəyə sadiqliyimiz və dəstəyimizi, ona marağı nümayiş etdirmək və dəstəkləməkdir. Cənub Qaz Dəhlizi strateji, enerji və siyasi nöqteyi-nəzərdən çox vacibdir və biz onu dəstəkləyirik".

/trend/


Müəllif: