11 İyul 2014 13:16
564

Rusiya Ukraynanın şərqində baş verən qarşıdurmalar səbəbindən Ukrayna ilə sərhəd Donetsk, Novoşaxtinsk və Qukovo keçid məntəqələrini bağlayıb.

Bu haqda Rostov Bölgəsinin Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd nümayəndəsi Vasili Malayev məlumat verib.

Bağlanma səbəbinin Ukraynada baş verən hadisələr olduğunu deyən Malayev “Gömrük işçiləri ərazidən uzaqlaşıb. Hazırda buranı təhlükəsizlik xidməti qoruyur”, - deyə münasibət bildirib.

/axar.az/


Müəllif: