11 İyul 2014 13:25
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanda genişmiqyaslı taktiki təlimlərə başlayıb.



Təlimlər Rusiya Cənub Hərbi dairəsinin Ermənistanda yerləşən “Alagöz” və “Kamxud” təlim-məşq kompleksində keçirilir. Təlimlərdə hərbi bazanın bütün xüsusi avtomobilləri və zirehli texnikası iştirak edir.

Təlimlərdə həmçinin “Navodçik-2”, “Forpost”, “Orlan-10” və “Zastava” uçan pilotsuz aparatlarından da istifadə edilir.

Genişmiqyaslı taktiki təlimlərdə hərbi maşın karvanlarının müəyyən edilmiş istiqamət üzrə hərəkətinin düzgün yerinə yetirilməsi, hərbçilərin tapşırıqları yerinə yetirməsi, pilotsuz təyyarələrin uçuş və eniş, hədəfi dəqiq müəyyən etməsi yoxlanılır.

İyulun 12-dək davam edəcək təlimlər Rusiya-Ermənistn arasında imzalanmış kollektiv təhlükəsizliklə bağlı saziş çərçivəsində keçirilir.

/ans press/


Müəllif: