11 İyul 2014 16:01
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gənclər və İdman Nazirliyindən Modern.az-a xəbəri təsdiqləyiblər. Bildirilib ki, idmançılarımız həmin turnirdə iştirak etmək üçün Ermənistana səfər edəcəklər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Ermənistana gedəcək heyətin tərkibi barədə də məlumat verib:

“Heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir. Bu məqamda Avropa Çempionatında bizim idmançılarımızın iştirak etməsi çox önəmlidir. Çünki Avropa Oxatma Federasiyası bizə şərt irəli sürüb ki, Azərbaycan bu çempionatda iştirak etməlidir ki, gələn il Bakıda keçiriləcək Avropa oyunlarında iştirak etmək hüququ qazansın. Eyni zamanda gələn il ölkəmizə gələcək olan idmançıların da bu çemopionatda iştirakı vacibdir. Ermənistan tərəfi təhlükəsizlik məslələrini öz üzərinə götürüb və qeyd edilib ki, iştirakçıların təhlükəsizliyi tam təmin olunacaq”, - S. Məmmədova qeyd edib

/modern.az/


Müəllif: