23 Aprel 2014 18:19

Dünən Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın Ali Məclisinin sədri Bəybala Əbil toplatı ilə bağlı Teleqraf.com-a bildirdi ki, iclasda qərarların icra vəziyyəti qiymətləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

KXCP funksionerinin sözlərinə görə, ötən həftə ərzində ərazisi işğal edilmiş rayon şöbələri rəhbərlərinin toplantısı və bələdiyyə seçkilərinə hazırlıqla bağlı Lənkəranda cənub zona ələqələndirmə komitəsinin yığıncaqlarının nəticələri barədə fikir mübadiləsi aparılıb: “Bələdiyyə seçkilərinə hazırlığın və təşkilatlanma işinin gücləndirilməsi, rayon şöbələri ilə əlaqələrin möhkəmləndirilməsi, zona əlaqələndirmə komitələrinin yığıncaqlarının hər ay keçirilməsi qərarlaşdırılıb”.

O əlavə edib ki, iclasda Rusiyanın qonşu dövlətə təcavüz siyasəti nəinki regionu, hətta dünyanı müharibəyə sürükləməsi kimi qiymətləndirilib: “Rusiyanın Ukraynaya təcavüzünün daha geniş məkanlara yayılması və MDB-də dondurulmuş müharibələrin yenidən alovlanması ehtimallarının artması, işğal edilmiş ərazilərimizin daha da genişlənmə təhlükəsi ilə üz-üzə qalmağımız cəmiyyətimizi narahat edir. Bu təhlükələr cəmiyyətin bütün təbəqələrinin toparlanmasını zərurətə çevirib”.

Nərgiz


Müəllif: