12 İyul 2014 18:26

Azərbaycan müxalifətinin əsas güc mərkəzi kimi təqdim edilən Demokratik Qüvvələrin Milli Şurasının üzvlərinin yarısından çoxu mobil telefonlarına edilən zənglərə cavab vermirlər.

Buna səbəb onların çoxunun paytaxtda olmamasıdır. Ancaq qəribədir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri elan edirlər ki, onlar qurumun sessiyasını keçirməyə tam hazırdırlar, lakin bunun üçün müvafiq yer tapa bilmirlər.

Vaxtilə Milli Şuranın təsisçilərindən olan bir siyasətçi isə qeyd edir ki, indi Milli Şurada faktiki olaraq yetərsay yoxdur. Çünki vaxtilə bu qurumun 100-dən çox üzvü olub, amma hazırda burada qalan üzvlərin sayı 50 nəfərdən çox deyil.


Müəllif: