12 İyul 2014 18:45
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası bu dəfə də Milli Şura ilə birlikdə olmayacağını göstərəcək.

Söhbət ondan gedir ki, bir neçə gündən sonra AXC-nin yaranmasının 25 illik yubileyi qeyd olunacaq. Normalda bu yubileyi AXC-nin şinelindən çıxan bütün qüvvələr birgə qeyd etməlidir.

Amma əldə etdiyimiz xəbərə görə, Müsavat bu tədbiri özünün qərargahında simvolik olaraq qeyd edəcək. KXCP-də bu tədbirin geniş şəkildə qeyd edilməsini nəzərdə tutur və buna hazırlaşır. AXCP isə bu tədbiri Əmircanda keçirməyi planlayır. Bu isə bir daha göstərir ki, müxalifətdə münasibətlər heç də hamar deyil.

Qeyd edək ki, Əbülfəz Elçibəyi özlərinə lider elan edən bu qüvvələr elə eks-prezidentin vəfatı günü də Fəxri Xiyabana ayrı-ayrılıqda getmişdi.


Müəllif: