14 İyul 2014 09:08
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və qrupun üzvü deputat Rasim Musabəyov Gürcüstanın keçmiş prezidenti, görkəmli siyasi xadimi Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət edib.

Teleqraf.com-un məlumatına görə, deputatlar səfirlikdə xatirə dəftərinə ürək sözlərini yazıblar. Millət vəkilləri Eduard Şevardnazdenin mərhum prezident Heyder Əliyevlə uzun illərə dayanan möhkəm dostluğunu, iki qonşu respublika arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edən böyük layihələri qeyd ediblər. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə fikir mübadiləsi aparan Qənirə Paşayeva və Rasim Musabəyov Eduard Şevardnadzeni bütün dünyada tanınan tarixi şəxsiyyət kimi xarakterizə ediblər. Millət vəkilləri onun vəfatı münasibəti ilə dost gürcü xalqına başsağlığı diləklərini çatdırıblar.

Gürcüstanın Azərbaycandakı səfiri öz növbəsində deputatlara öz təşəkkürünü bildirərək Azərbaycan və gürcü xalqlarının tarixə dayanan dostluğunun bundan sonra da daha inkişaf edəcəyini inamını ifadə edib. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri və aparılan müzakirələr, hər iki prezidentin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edən sabit mövqeyi və perspektivə hesablanımış addımları minnətdarlıqla xatırlanıb.

Kəmalə


Müəllif: