14 İyul 2014 15:38
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başqanlığa namizədliyimlə bağlı qərarımda heç bir dəyişiklik yoxdur”.


Bu barədə Müsavat Məclisini üzvü, partiya başqanlığına gənclərin namizəd Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, sentyabrın 27-nə qədər normal şərait yaradılarsa qurultay keçiriləcək: “Biz də dostlarımız və silahdaşlarımızla məsləhətləşib namizədliyimizi irəli sürmüşük. Niyyətimiz odur ki, rəqabətli başqa seçkiləri keçirilsin. Biz də potensialımızı ortaya qoymaq üçün başqanlığı əldə edək. Adları mətbuatda hallanan bütün namizədlər bu və ya digər formada insanlara görüşür, gələcəyə dair fikirlərini bölüşürlər. Biz də hazırda mövcud olan seçki atmosferinə uyğun olaraq görüşlər keçirdirik. Lakin hələlik aktiv fazaya keçmədiyi və rəsmi prosedur başlamadığı üçün təbliğat kampaniyasına start verməmişik. Həmin dönəm başlayanda daha açıq və görünən təbliğat aparacağıq”.

/publika.az/


Müəllif: