19 Aprel 2017 23:58
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlimlərə FHN-nin briqadası da cəlb edilib

Azərbaycan Dövlət Neft Şirkəti Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Şirvanovka kəndində təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, buradan keçən Bakı-Novorossiysk neft kəmərində təhlükəsizlik qaydalarına riayət edilməsi qaydalarını gücləndirmək üçün 55 saatlıq təlimlər nəzərdə tutulub. Baş verən neft sızması nəticəsində qeydə alınan şərti yanğının söndürülməsinə, sızmanın qarşını almaq üçün görülən müəyyən təhlükəsizlik tədbirlərinə bu gün səhər saatlarından start verilib.

Təlimlərə Dövlət Neft Şirkətinin çoxsaylı mütəxəsssisləri ilə yanaşı, FHN-nin Qusar Dövlət Yanğın Təhlükəsizliyi Hissəsinin yangınsöndürmə briqadası və bir ədəd yanğınsöndürən avtomobili cəlb edilib.

Aprelin 20-də davam edəcək təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycanın ən strateji obyektinin hər hansı hadisə zamanı təhlükəsizliyinin qorunmasının yüksək səviyyədə olmasını bir daha təmin etmək və baş verə biləcək prosesləri dərhal aradan qaldırmağa nail olmaqdır.

Şərti təlimlərə Qusar rayon mərkəzi xəstəxanasının həkim briqadası da cəlb edilib və kəmər üzərində şərti proseslər aprelin 20-də də davam efəcək.


Müəllif: Teleqraf.com