21 Aprel 2017 23:48
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minasyan Ermənistanın hərbi doktrinasının aprel döyüşlərindən sonra ciddi dəyişdirildiyini deyib

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri Ermənistanda ciddi narahatlıq doğurub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni ekspertləri aprel döyüşlərinin ildönümündən bir müddət sonra keçirilən genişmiqyaslı təlimləri Ermənistan üçün təhlükəli adlandırıb.

“Azərbaycanın hərbi təlimləri aprel döyüşlərinin ildönümü və Ermənistanın “İsgəndər” raketləri ilə bağlı hədələyici çıxışlarına cavab olaraq keçirilir. Hazırda Azərbaycanın aviasiyada, o cümlədən pilotsuz uçuş aparaltının sayında üstünlüyü var. Ermənistan tərəfi isə güclü Hava Hücumundan Müdafiə Sistemi yaradıb”.

Minasyan Ermənistanın hərbi doktrinasının aprel döyüşlərindən sonra ciddi dəyişdirildiyini deyib.

“Modus Vivendi” mərkəzinin rəhbəri, politoloq Ara Papyan isə Azərbaycanın hərbi təlimlər yolu ilə Yerevana təzyiq göstərmək istədiyini deyib.

“Azərbaycan Ermənistanı yavaş müharibəyə sürükləmək və onun bütün resurslarını tükəndirməyə çalışır”.

Papyan Azərbaycanın ağır artilleriya və zirehli texnikadan istifadə etməsini təhlükəli fakt adlanıdırıb. Onun fikrincə, təlimlər hücum əməliyyatlarına xasdır.

“Azəerbaycan prezidenti orduya Qarabağı azad etməyə hazır olmağı tapşırıb. Azərbaycan ordusu buna hazırdır”.

Razm.info saytının rəhbəri Karen Vratesyan isə təlimlərin Ermənistan üçün təhlükəli perspektivdən xəbər verdiyini deyib. Onun fikrincə, təlimlərdə onminlərlə hərbçinin və texnikanın toplaşması Ermənistanda narahatlıq hissi yaradıb.

“Təlimlər çox güman ki, aprel döyüşlərinin ildönümünə həsr olunub. Çoxminli ordunun sərhədlərimizə yaxın yerdə təlim keçirməsi narahatvericidir”.


Müəllif: Teleqraf.com