24 Aprel 2017 14:28
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü və 2-ci mərtəbəsinin tavanı 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: