15 İyul 2014 11:55
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YAP Gənclər Birliyi bir sıra dövlətlərin nüfuzlu siyasi təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın əhatə dairəsi ildən ilə genişlənməkdədir".

Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, təşkilat dünyada mövcud olan gənclər qurumları ilə əlaqələrin daha da genişlənməsini planlaşdırır. Onun sözlərinə görə, bununla bağlı bir sıra ölkələrinin hakim partiyalarının gəncləri və fəal gənclər təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi yönündə işlər aparılır:

"Biz Avropanın da bir sıra gənclər təşkilatları ilə fəal əməkdaşlıq edirik. Hesab edirəm ki, həm partiyamızın beynəlxalq arenada daha yaxşı tanınması, həm də Azərbaycanın nailiyyətlərini dünya gəncləri arasında təbliğ etmək üçün bu əməkdaşlıq əlaqələri böyük əhəmiyyət kəsb edir".

Səxavət


Müəllif: