25 Aprel 2017 12:50
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəhlə binadan yıxılaraq ölüb.

11:10

Hadisə Rixard Zorge küçəsində qeydə alınıb. Şahidlərin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılaraq ölüb.

Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib.

BAKU.WS

***

Rixard Zorge küçəsində baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev deyib.

Onun sözlərinə görə, nazirlik əməkdaşları hadisə yerindədir:

“Əməkdaşlarımız hadisə yerinə yollanıb. Araşdırmadan sonra məlumat veriləcək”.

Qeyd edək ki, Rixard Zorge küçəsindəki tikintidə bədbəxt hadisə qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılaraq ölüb.

Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi dünyasını dəyişib.

Şəfiqə Nazimqızı


Müəllif: