25 Aprel 2017 16:17
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda məhkəmədə nümayəndə qismində çıxış edən 72 yaşlı kişi ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax Rayon Məhkəməsində baş verib.

Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1945-ci il təvəllüdlü Cəbrayıl Alməmmədov mülki iddia üzrə baş tutan məhkəmədə nümayəndə qismində ifadə verərkən ürəktutmasından dünyasını dəyişib.

Hakim Qurban Abbasovun sədrliyi ilə keçirilən prosesdə C.Almməmədova ilkin olaraq hakim tibbi yardım göstərsədə onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, C.Alməmmədov qardaşı ilə aralarındakı torpaq mübahisəsini həll etmək üçün məhkəməyə müraciət edib.


Müəllif: