26 Aprel 2017 09:45
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli, 1 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m2 sahədə, içərisindəki əşyalar qismən yanmış və yüksək temperaturdan mətbəxin qapı və pəncərəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İsmayıllı rayonu, Kürdmaşı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 25 m2 sahədə yanıb və içərisində olan ev quşları tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də söndürülüb.

Şəfiqə Nazimqızı


Müəllif: