26 Aprel 2017 11:48
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.

Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.


Müəllif: