29 Aprel 2017 09:55
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün gələcək ki, biz bütün xanımlardan başlarını örtməyi xahiş edəcəyik.

Teleqraf.com xəbər verir ki, bu çağırışı Avstriya Prezidenti Aleksandr van der Bellen orta məktəblərdən birində şagirdlərlə görüşü zamanı səsləndirib.

Bu haqda Britaniyanın “İndependent” nəşri xəbər yayıb. Müsəlman xanımlarla həmrəylik əlaməti olaraq belə bir müraciət edən Avstriya lideri deyib:

”Yalnız müsəlman qadınlar deyil, bütün qadınlar baş örtüyü geyə bilər.Və əgər hazırkı azğınlaşmış islamofobiya davam edərsə, bir gün gələcək ki, biz bütün xanımlardan başlarını örtməyi xahiş edəcəyik. Bütün xanımlardan! Bunu dini inaclarıyla bağlı hicab geyənlərlə həmrəylik rəmzi olaraq edəcəyik...”

“Təbii ki, hər bir xanımın özünün xoşu gəldiyi kimi geyinmək hüququ var – bu, sadəcə, mənim bu məsələ ilə bağlı rəyimdir”, - deyə prezident bildirib.

Avstriya dövlət başçısı dəfələrlə hər hansı bir geyim formasına məhdudiyyət qoyulmasının doğru olmadığı haqda danışıb. O, istisna olaraq yalnız məhkəmələri misal çəkib ki, orada hakim qadınların öz neytrallıqlarını qorumaq üçün dini inanclara uyğun geyinməsi mümkün deyil. (moderator.az)


Müəllif: