29 Aprel 2017 10:15
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən Məkkəyə ümrə ziyarətinə gedən iki dini qrup arasında dava düşüb.

Teleqraf.com CNNtürk-ə istinadla xəbər verir ki, hadisə aprelin 25-də baş verib.

İsmailağa camaatına mənsub Kiyam-Der və Fateh mədrəsələrinə aid iki qrup arasında mübahisə əlbəyaxa davaya çevrilib. Çoxsaylı yaralananların, hətta xəstəxanaya düşənlərin olduğu bildirilir.

Hər iki qrup özlərinin feysbuk səhifəsində və rəsmi internet saytlarında biri-birini günahlandıran açıqlamalar yayıblar.

MAHİR


Müəllif: