30 Aprel 2017 00:50
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubada qəzaya uğrayan təyyarənin qalıqları Las-Lomas-de-San-Kristobalda aşkarlanıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hərbi təyyarədə olan 8 hərbçi həlak olub.

23:25

Kubada radarlardan itən An-26 təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, qəza çətinliklə gedilə bilən ərazidə baş verib. Sərnişinlər hamısı həlak olub.

AN-26-nın məxsus olduğu Aerogaviota aviaşirkəti xəbəri təsdiq edib.

22.56

Kubada An-26 sərnişin təyyarəsi radarlardan itib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, sərnişində 39 nəfərin olduğu bildirilir.

Aerogaviota aviakompaniyasının təyyarəsi ölkənin şərqindəki Barakoa aeroportundan havaya qalxıb. Ekipaj və sərnişinlərdən xəbər yoxdur.

Nihad


Müəllif: