30 Aprel 2017 15:05
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində azyaşlı xoş təsadüf nəticəsində sağ qalıb.

Teleqraf.com xəbər verir ki, 1 yaş 6 aylıq olan Qasımov Rauf Rüfət oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb. Belə ki, səhər 6 radələrində valideynləri yatmış olan Rauf aralı qalan pəncərəni açıb. İrəli keçən uşaq pəncərədən aşağı sürüşüb və paltar iplərinə ilişib. Məhz bu iplər onun sürətini azaldıb və Rauf Qasımov betonun üzərinə düşüb.

Qeyd edək ki, azyaşlı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsinin olmadığı deyilir.


Müəllif: