16 İyul 2014 10:22
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin 25 illiyi münasibətilə yubiley tədbirində AXCP sədri Əli Kərimlinin dəvətlilər arasında olmaması mətbuatda müzakirələrə səbəb oldu.

Müsavat funksionerləri Ə.Kərimlinin tədbirə dəvət olunduğunu və hansı səbəbə iştirak etmədikləri barədə məlumatsız olduqlarını bildirmişdilər.

Bu gün Müsavat başqanı İsa Qəmbər tədbir barədə danışıb və sözügedən məsələyə münasibətini açıqlayıb: “Müsavat qərargahında AXC-nin 25 illiyi münasibətilə yubiley tədbiri keçirdik. Çox maraqlı və səmimi keçən bayram tədbirində AXC-nin ilk idarə heyəti üzvlərindən Pənah Hüseyn və Hikmət Hacızadə, ilk MNTK üzvlərindən Ağacavad Salamzadə, ilk Ali Məclis üzvlərindən Mirbaba Babayev, AXC Ali Məclisinə ən məsuliyyətli dövrdə sədrlik etmiş Arif Hacılı, xalqımızın görkəmli ziyalılarından prof. Cəmil Həsənli, prof. İsmayıl Musa, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, o dönəmin gənc AXC üzvü Hacı İlqar İbrahimoğlu və digər dəyərli şəxsiyyətlər çıxış etdilər, xatirələrini, mülahizələrini, təklif və təbriklərini səsləndirdilər. Təəssüf ki, dəvətlilərin bəziləri – o cümlədən Leyla Yunus, İskəndər Həmidov, Əli Kərimli yəqin ki, üzrlü səbəblərdən iştirak edə bilmədilər. Sağlıq olsun!”.

Kəmalə


Müəllif: