16 May 2017 11:23
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çin səfəri zamanı filippinli həmkarı Rodriqo Duterte ilə görüşdüyü ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşlə bağlı Dutertenin sözçüsü Xristofer Qo məlumat verib.

Onun sözlərinə görə, görüş 10 dəqiqə davam edib. Ancaq Qo görüş zamanı hansı məsələlərin müzakirə edildiyini bildirməyib.

Məlumatlarda deyilir ki, Duterte Pekində keçirilən beynəlxalq forumda iştirak etmək üçün Çinə səfər edibmiş.

Qeyd edək ki, Flippin prezidenti tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. O, ABŞ-ın sabiq prezidenti Barak Obamanı və Roma Papası I Fransiski təhqir edib. Bundan başqa, Duterte terrorçuları və narkomanları edam etməklə hədələyib.

Samir


Müəllif: