18 May 16:53
138

Sumqayıt şəhərində ümumi sahəsi 120 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 40 m2 sahədə və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:49-da söndürülüb.


Müəllif: Şəfiqə Nazimqızı