19 May 09:44

Almaniyadan sığınacaq alan iki türk generalının kimliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, Almaniyaya sığınan FETÖ-çu general-mayor Məmməd Yalınalpdır. Bu şəxs əvvəl ABŞ-da xidmətdə olub. Daha sonra Frankfurt hava limanı vasitəsilə Almaniyaya daxil olub.

Digəri isə uzun illər Cənubi Şərqi Avropada xidmət keçən general-mayor Numan Yeddiulduzdur.

Qeyd edək ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin xaricdən sığınacaq istəyən 8 general və admiralın olduğu deyilir. Ümumilikdə isə 260-dan çox zabit və əsgər ölkəyə qayıtmaqdan imtina edib.

Cavad


Müəllif: Teleqraf.com