19 May 10:00

22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası (FEAS) İstanbuldan İrəvana köçür.

Teleqraf.com xəbər verir ki, 1995-ci ildə əsası qoyulmuş FEAS-ın rəhbəri, Misir Birjasının sədri Məhəmməd Omran təşkilat üzvlərinə belə bir qərarın mayın 16-da İranda keçirilmiş fövqəladə yığıncaqda qəbul edildiyini bildirib.

FEAS-a Asiya, Balkanlar, Şimalı Afrika və Yaxın Şərqdən 33 ölkənin birja qurumları üzvdür. Bundan başqa, FEAS-a 11 qeyri-rəsmi, 3 müşahidəçi, 4 klirinq təşkilat da daxildir.

Mahir


Müəllif: Teleqraf.com