19 May 2017 11:04
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya hökuməti qeyri-qanuni olaraq Türkiyə pasportu gəzdirdiyi ehtimal olunan 100 min adam barəsində araşdırmalara başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyi 100 min nəfərlik siyahını immiqrasiya əleyhinə olan Azadlıq Partiyasından əldə edib.

Avstriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Karl-Heinz Qrubdboek bildirib ki, DİN 100 nəfərlik siyahının necə hazırlandığı və bunun qanunsuz olaraq ikili pasporta sahib olan şəxslərin müəyyən edilməsinə kömək edib-etməyəcəyini bilmir.

Qeyd edək ki, Avstriyada ikili vətəndaşlıq qadağandır. Bu səbəbdən də ikili pasportu olan şəxslər vətəndaşlıqdan çıxarıla bilər.

Cavad


Müəllif: Teleqraf.com