19 May 2017 11:38
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sözcü” qəzetinin sahibi və qəzetin üç əməkdaşı haqqında həbs qərarı verilib

Türkiyənin “Sözcü” qəzetinin sahibi və qəzetin idarə heyətinin üç üzvü haqqında həbs qərarı verilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Sözcü” qəzetinin sahibi Burak Akbayın da olduğu 4 nəfər haqqında FETÖ lehinə cinayət işləmə iddiası ilə cinayət işi açılıb.

İstanbul prokurorluğunun təlimatı əsasında onların yaşadığı ünvanlarda polis əməliyyatları keçirilib və sözügedən ünvanlarda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açılan cinayət işi çərçivəsində, qəzetin sahibi Burak Akbay, internet qəzeti üzrə məsul katib Melda Olqun, maliyyə işləri üzrə katib Yonca Kaleli və müxbir Gökmən Ulu haqqında həbs qərarı verilib.


Müəllif: İlhamə Əbülfət