20 May 2017 10:15
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il aprelin 23-də Pensilvaniya ştatında yaşayan sakinlərdən biri futbol oyunu gedərkən Uçan Naməlum Obyekti (UNO) videoya alıb.

Teleqraf.com xəbər verir ki, hadisə məktəb futbol komandasında oynayan oyunçulardan birinin atasının oyunu kameranın yaddaşına köçürdüyü və bütün diqqətini oğlunun vuracağı 11 metrlik cərimə zərbəsinə cəmləşdirdiyi vaxt baş verib. Valideyn həmin anlarda heç nə müşahidə etməyib. Lakin bir neçə gün sonra oyunun videosunu izləyərkən iki ağac arasındakı boşluqda yerdən bir neçə metr yüksəkdə uçan müəmmalı obyekt diqqətini çəkib.

Tünd boz rəngli UNO-nun çəkiliş zamanı diqqət çəkməməsi onun çox böyük sürətlə uçması ilə izah edilib. Mütəxəssislərin fikrincə, adi baxışla həmin sürətlə uçan obyekti görmək hardasa mümkün deyil.


Müəllif: Teleqraf.com