20 May 2017 13:42
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi respublikanın avtomobil yollarında baş verən yol qəzaları ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, mayın 19-da saat 2 radələrində İmişli rayonunun Aranlı kəndində kənd sakini Məzahir Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb və nəticədə o, hadisə yerində ölüb.

Həmin gün Ucar rayonunun Alpoud kəndində də yol qəzası qeydə alınıb. Gəncə şəhər sakini Mahir Babayev idarə etdiyi "Şkoda" markalı avtomobillə yolu keçən kənd sakini Bayram Kərimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Oxşar hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. İran vətəndaşı Abdollahi Sasan Ebrahim idarə etdiyi "Hovo" markalı yük avtomobilini qarşıda gedən Şirvan şəhər sakini Ruslan Rəhimovun idarə etdiyi "Kamaz" markalı avtomobilə vurub və nəticədə "Hovo"nun sürücüsü hadisə yerində ölüb.

Bundan başqa Füzuli rayonunun 2 saylı Zobucuq qəbəsində qəsəbə sakini Kamal Alışov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb və o, hadisə yerində ölüb.

Araşdırmalar zamanı Kamal Alışovun infarktdan ölməsi müəyyən edilib.

Bütün faktlar üzrə araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov